Şəfəqə Doğru » Manşet » RUS DEPUTATIN QARABAĞA NÖVBƏTİ QANUNSUZ SƏFƏRİ - İlham Əliyev məktubla Medvedevə etirazını bildirib

RUS DEPUTATIN QARABAĞA NÖVBƏTİ QANUNSUZ SƏFƏRİ - İlham Əliyev məktubla Medvedevə etirazını bildirib

RUS DEPUTATIN  QARABAĞA NÖVBƏTİ QANUNSUZ SƏFƏRİ - İlham Əliyev məktubla Medvedevə  etirazını bildirib

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib.

Hakim "Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib.


APA-ya istinadən yayılan  məlumata görə, onun bu addımı Azərbaycan rəhbərliyinin kəskin etirazına səbəb olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev "Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Qeyd edək ki, V. Milonov bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümayiş etdirib.

Fotoda: Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov