Şəfəqə Doğru » Manşet » KƏLBƏCƏRDƏ ORDU MÖVQƏLƏRİMİZ ATƏŞƏ TUTULUB

KƏLBƏCƏRDƏ ORDU MÖVQƏLƏRİMİZ ATƏŞƏ TUTULUB

KƏLBƏCƏRDƏ  ORDU MÖVQƏLƏRİMİZ ATƏŞƏ TUTULUB

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Bu barədə "Qafqazinfo” saytına Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.