Şəfəqə Doğru » Manşet » JURNALİST YAYDIĞI XƏBƏRƏ GÖRƏ CƏRİMƏLƏNDİ

JURNALİST YAYDIĞI XƏBƏRƏ GÖRƏ CƏRİMƏLƏNDİ

JURNALİST YAYDIĞI XƏBƏRƏ GÖRƏ CƏRİMƏLƏNDİ

Baş Prokurorluq Şuşa şəhərinin Xankəndidən atəşə tutulması barədə məlumat yayan saytı cərimələyib.

Mətbuat xidmətindən  verilən məlumata görə, Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, media nümayəndəsi İbişbəyli Fikrət Fəraməz oğlu Şuşa şəhərinin Xankəndidən atəşə tutulması barədə həqiqətə uyğun olmayan məlumatı özünə məxsus "jamaz.info” xəbər saytında yerləşdirib.

Buna görə yanvarın 12-də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Fikrət İbişbəyli barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib// qafqazinfo