Şəfəqə Doğru » Manşet » BAĞÇADA AZYAŞLINI VURAN TƏRBİYƏÇİNİN KİMLİYİ BİLİNİB

BAĞÇADA AZYAŞLINI VURAN TƏRBİYƏÇİNİN KİMLİYİ BİLİNİB

BAĞÇADA AZYAŞLINI VURAN TƏRBİYƏÇİNİN KİMLİYİ BİLİNİB

İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını vuran tərbiyəçi barədə təhqiqat başlayıb.

Bu barədə DİN-dən  məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır:

"Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi-müəlliməsi, 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək”// qafqazinfo