Şəfəqə Doğru » Manşet » QATARLAR HAVA ŞƏRAİTİNƏ GÖRƏ GECİKƏ BİLƏR

QATARLAR HAVA ŞƏRAİTİNƏ GÖRƏ GECİKƏ BİLƏR

QATARLAR HAVA ŞƏRAİTİNƏ GÖRƏ GECİKƏ BİLƏR

"Azərbaycan Dəmir Yolları” QSC ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar sərnişinlərə müraciət edib.

 QSC-nin feysbukdakı paylaşımında deyilir ki, hava şəraiti ilə əlaqədar təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər:

"Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var. Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik”// QAFQAZİNFO