Shafaqadogru.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri inqilabi qərar qəbul edərək bu il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçib.Yəni, həftəlik iş qrafiki 5-ci gün saat 12:00-da yekunlaşacaq. Hazırda Rusiya, Türkiyə , Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər müzakirə mövzusudur.
Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, 4 gün işləyən insan 3 gün dincələcəyini bildiyi üçün daha məhsuldar nəticə göstərə bilər.
Elə əksər şirkət və müəssisələri cəlb edən də məhz bu fikirdir.