Türkmənistanın hakim Demokrat Partiyası martın 12-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində Prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Serdar Berdiməhəmmədovun namizədliyini irəli sürüb.
Bu barədə "Orient” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, partiyanın sonuncu növbədənkənar qurultayında Serdar Berdiməhəmmədov onun namizədliyini dəstəkləyən qurultay iştirakçıları qarşısında çıxış edib// report.az