Şəfəqə Doğru » Manşet » İŞ ADAMLARININ DAVASI ÖLÜMLƏ BİTDİ -GÖYÇAYDA QƏTL

İŞ ADAMLARININ DAVASI ÖLÜMLƏ BİTDİ -GÖYÇAYDA QƏTL

İŞ ADAMLARININ DAVASI ÖLÜMLƏ BİTDİ -GÖYÇAYDA QƏTL

Göyçay rayonunda qətl hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 22:00 radələrində şəhərdəki kafelərdən birində qeydə alınıb.

Belə ki, rayonun Şəkər kənd sakini, 1987-ci il təvəllüdlü Nicat Əliyev kafedə şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq, rayonun Mırtı kənd sakini, 1979-cu il təvəllüdlü Şükürov Cavanşir Hüseyn oğlunu öldürüb.

Hadisəni törədən Vicay ləqəbli Nicat Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxsin iş adamı olduğu bildirilir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır //apa