Şəfəqə Doğru » Manşet » BAKIDA "KRİSTAL ABŞERON"-A MƏXSUS YENİ TİKİLƏN BİNA ÇÖKDÜ - XƏSARƏT ALANLAR VAR

BAKIDA "KRİSTAL ABŞERON"-A MƏXSUS YENİ TİKİLƏN BİNA ÇÖKDÜ - XƏSARƏT ALANLAR VAR

BAKIDA  "KRİSTAL ABŞERON"-A MƏXSUS YENİ TİKİLƏN  BİNA ÇÖKDÜ - XƏSARƏT ALANLAR VAR

Bakıda tikilməkdə olan bina çöküb, 2 nəfər xəsarət alıb.

 Baş Prokurorluğun Mətbuat Xidməti bu haqda məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.

İlkin məlumata görə, hadisə zamanı bir neçə şəxs xəsarət alıb.

Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

"Kristal Abşeron” şirkətindən "Report"a bildirilib ki, tikilməkdə olan texniki binanın konstruksiyasında dəyişiklik olduğundan tikilinin ikinci mərtəbəsi şirkət tərəfindən sökülərək uçurdulub: "Nəticədə iki nəfər yüngül xəsarət alıb" // mia.az