Banan çayını hazırlamaq asandır və xoşagələn dadı var. Çay asan əlçatan inqrediyentlərdən ibarətdir.
Shafaqadogru.com atv.az-a istinadən bildirir ki, bananın qabığında maqnezium və kalium var. Maqnezium yuxunun pozulması zamanı çox faydalıdır və yuxu relaksasiyanı təmin edir.
Bu çayı yatmazdan əvvəl için.
Tərkibi:
1 ədəd banan
1 fincan su
Darçın
Hazırlanma qaydası:
Bananın baş tərəflərini kəsib doğrayın və qaynayan suyun içinə tökün. 1 dəqiqədən sonra altını söndürün və 10 dəqiqə ağzını açmadan dəmləyin. İlıq hala gəldiyində isə darçın qatıb için.