Sabah Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olacaq.
Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.
Kalının sözlərinə görə, Ukrayna ilə Rusiya arasında müharibə dərhal dayandırılmalıdır:
"Tərəflər diplomatiya yoluna qayıtmalıdır. Biz bu istiqamətdə çox ciddi səylər göstəririk. Sabah prezidentlər - Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin telefonla danışacaq. Prezidentimiz Türkiyədə görüş barədə təkliflərini xatırladacaq. Atəşkəsə şans vermək, humanitar dəhlizlər yaratmaq lazımdır".
Ərdoğanın sözçüsü deyib ki, Rusiya-Ukrayna müharibəsi uzansa, həm Rusiya, həm Ukrayna, həm də bütövlükdə region üçün ciddi təhdid yaranacaq//modern.az