Bu gün Rusiya şəhərlərində Ukraynada müharibənin dərhal dayandırılması tələbi ilə nümayişlər keçirilib.
Xarici KİV-ə istinadən xəbər verir ki, polis etirazçıları həbs edib.
Onların arasında 80 yaşlı hüquq müdafiəçisi Svetlana Qanuşkina da var.
Paytaxtdan başqa digər şəhərlərdə də həbslər baş verib. Moskvada 1700, Sankt-Peterburqda isə 700 nəfər həbs edilib. Federasiyanın digər şəhərlərində mindən çox adam həbs edilib.
Ümumilikdə, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, "təxminən 5200 nəfər qanunsuz kütləvi aksiyalarda iştirak edib".