Şəfəqə Doğru » Manşet » RUBL BATMAĞA DAVAM EDİR

RUBL BATMAĞA DAVAM EDİR

RUBL BATMAĞA DAVAM EDİR

Rusiya rublı dəyər itirməkdə davam edir.

Ticarət məlumatlarına görə, 1 dollar 121 rubla yüksəlib.

Bu, bütün zamanların ən yüksək göstəricisidir. 

1 avro isə 130,5 rubl olub.

Martın 1-dən martın 5-dək Moskva Birjasının səhmlər bölməsində, eləcə də fond və törəmə alətlər bazarlarının digər bölmələrində mütəşəkkil ticarət aparmayıb. Hərrac ilk dəfə fevralın 28-də ləğv edilib. Belə bir tədbirin köməyi ilə Mərkəzi Bank Rusiyanın maliyyə bazarında sabitliyi qorumağa çalışır.

Martın 10-da məlum olub ki, Mərkəzi Bank Moskva birjasında ticarəti bərpa etməmək barədə qərar verib. Həmçinin, tənzimləyici brokerlərə birjada və birjadankənar bazarda satışları müvəqqəti olaraq qadağan edib.