Rusiya ordusu Kiyev vilayətində qadın və uşaqların daşındığı maşına atəş açıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, hadisə martın 11-də Rusiya Federasiyası ilə razılaşdırılmış "yaşıl dəhliz" boyunca evakuasiya prosesində baş verib. Atışma nəticəsində biri uşaq olmaqla 7 mülki şəxs həlak olub.