Şəfəqə Doğru » Manşet » Ukrayna - QAÇIRILAN MER AZAD EDİLİB

Ukrayna - QAÇIRILAN MER AZAD EDİLİB

Ukrayna - QAÇIRILAN MER  AZAD EDİLİB

Ukraynanın Melitopol şəhərinin meri İvan Fedorov girovluqdan azad edilib.

 

Bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Kiril Timoşenko bildirib.

 

Onun sözlərinə görə, Fedorovun rus əsarətindən azad edilməsi üçün xüsusi əməliyyat başa çatıb.

 

Qeyd edək ki, ötən həftə Ukraynanın Melitopol şəhərinin meri İvan Fedorov Rusiya hərbçiləri tərəfindən qaçırılmışdı. 

 

Bundan əvvəl İvan Fedorov Rusiya ilə əməkdaşlıq təklifini rədd edib və şəhərin humanitar fəlakətin astanasında olduğunu bildirib. Rusiyalı hərbçilər onu böhran mərkəzindən naməlum istiqamətdə aparıblar.