Şəfəqə Doğru » Manşet » ERMƏNİLƏRİN NÖVBƏTİ TƏXRİBATININ QARŞISI ALINIB

ERMƏNİLƏRİN NÖVBƏTİ TƏXRİBATININ QARŞISI ALINIB

ERMƏNİLƏRİN NÖVBƏTİ  TƏXRİBATININ QARŞISI ALINIB

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.

 

Bu barədə  Müdafiə Nazirliyindən modern.az saytına məlumat verilib.

 

Bildirilib ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

 

Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

 

Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.