Çeçenistan prezidenti Ramzan Kadırov təslim olmuş ukraynalı əsgərlərin videosunu yayımlayıb.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bu gün Mariupolda Ukrayna Hərbi Dəniz Qüvvələrinin 503-cü batalyonunun 267 əsgəri təslim olub.
Bu haqda məlumatı Çeçenistan rəhbəri verib.
Kadırov daha sonra qeyd edib: Onların qohumlarının artıq narahat olmasına ehtiyac yoxdur. Onlar tamamilə təhlükəsizdirlər".
Çeçenistan prezidenti Ukrayna Silahlı Qüvvələrinin digər hərbi qulluqçularını silahlarını yerə qoymağa çağırıb.
Kadırovun yaydığı videonu təqdim edirik: