Şəfəqə Doğru » Manşet » Rusiyanın canlı qüvvə itkisi 26 minə çatdı

Rusiyanın canlı qüvvə itkisi 26 minə çatdı

Rusiyanın canlı qüvvə itkisi 26 minə çatdı

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada məhv edilən hərbçilərinin sayı 26 min nəfərə çatıb.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook” hesabında məlumat yayıb.

 

Bundan başqa, Rusiyanın indiyə qədər 1170 tankı, 2808 zirehli döyüş maşını, 519 artilleriya sistemi, 185 RYAS-ı, 87 hava hücumundan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 158 helikopteri, 94 qanadlı raketi, 1 980 nəqliyyat vasitəsi, 12 gəmi kateri, 380 dronu və 41 xüsusi texnikası sıradan çıxarılıb.

 

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.