Şəfəqə Doğru » Manşet » Putin Türkiyəyə gedir

Putin Türkiyəyə gedir

Putin Türkiyəyə gedir

Yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə gedəcək.

 

Shafaqadogru.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiyadan yüksək səviyyəli nümayəndə heyəti Ankaraya səfər edəcək.

 

Bildirilib ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novakın rəhbərlik etdiyi ticarət heyəti mayın 18-də Türkiyədə olacaq. Nümayəndə heyəti iqtisadiyyatla bağlı nazirliklərlə yüksək səviyyəli görüşlər keçirəcək.

 

Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putini Ankaraya yüksək səviyyəli işgüzar səfərə dəvət edib. Bu çərçivədə yaxın günlərdə Putinin Türkiyəyə səfər edəcəyi gözlənilir.