Dünyada COVID-19-dan sağalanların sayı 500 milyon nəfəri ötüb.
Məlumata görə, dünyada 500 489 349 nəfər COVID-19-dan sağalıb. Həmçinin koronavirusa yoluxanların sayı 529 999 154 nəfərə çatıb.
Pandemiyanın başlandığı 2019-cu ildən bu günə kimi dünyada 6 307 037 insan koronavirusun qurbanı olub.
ABŞ əvvəlki kimi koronavirusa yoluxma və ölüm hallarının ümumi sayına görə siyahıda birincidir. Pandemiya ərzində Birləşmiş Ştatlarda 85 477 277 nəfər koronavirusa yoluxub, 1 030 507 nəfər vəfat edib. Son gün ərzində daha 92 nəfər COVID-19-un qurbanı olub.
Hindistan dünyada koronavirusa yoluxma hallarının sayına görə ikincidir. Cənubi Asiya ölkəsində 43 144 820 nəfərdə koronavirus aşkarlanıb, virusa yoluxmuş 524 525 insan ölüb.
Braziliyada 30 846 602 insanın COVID-19 diaqnozu müsbət çıxıb, xəstəlik diaqnozu qoyulmuş 666 112 nəfər dünyasını dəyişib.
Fransa pandemiyadan ən çox əziyyət çəkən ölkələr siyahısında 4-cüdür. Qərbi Avropa ölkəsində ümumilikdə 29 434 605 insana COVID-19 diaqnozu qoyulub, virusa yoluxduğu məlum olan 148 084 xəstə ölüb. Almaniya (26 239 348 ümumi yoluxma, 139 112 ölüm), Böyük Britaniya (22 276 975 yoluxma, 178 313 ölüm), Rusiya (18 310 673, 378 700 ölüm), Cənubi Koreya (18 036 720 yoluxma, 24 063 ölüm) pandemiyadan ən çox zərər çəkən ölkələrdəndir.
Hazırda Tayvan dünyada koronavirusdan günbdəlik ölüm sayına görə (son sutkada 104 ölüm) birinci yerdədir.
Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.