Şəfəqə Doğru » Manşet » Lavrov Türkiyəyə getdi, Şoyqu Akarla danışdı - Ukrayna limanlarından yağ və taxılın ixracı və...

Lavrov Türkiyəyə getdi, Şoyqu Akarla danışdı - Ukrayna limanlarından yağ və taxılın ixracı və...

Lavrov Türkiyəyə getdi, Şoyqu Akarla danışdı - Ukrayna limanlarından yağ və taxılın ixracı və...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə rəsmi səfər edib.

Shafaqadogru.com  xəbər verir ki, o, sabah Mövlud Çavuşoğlu ilə görüşəcək.

Gözlənilir ki, Ərdoğan da Rusiya XİN başçısını qəbul edəcək.

Onu da qeyd edək ki, bu gün Rusiya Müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla telefonda danışıb. Tərəflər Ukrayna limanlarından duru yağ, taxıl və digərlərin ixracı, həmçinin bölgədəki mövcud vəziyyəti müzakirə ediblər.

Akar Şoyqu ilə müzakirədə Suriyanın şimalındakı PKK terrorçularının varlığına toxunaraq, deyib ki, bu, qəbuledilməz haldır. 

Bundan əlavə, Lavrov və Çavuşoğlu Qərbin Rusiyaya qarşı sanksiyaları kontekstində ticari-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.