Şəfəqə Doğru » Manşet » Efirdən qonağını qovan aparıcı haqqında tədbir görüləcək -ARB açıqlama verdi

Efirdən qonağını qovan aparıcı haqqında tədbir görüləcək -ARB açıqlama verdi

Efirdən qonağını qovan aparıcı haqqında  tədbir  görüləcək -ARB açıqlama verdi

Ötən gün ARB telekanalında Zaur Kamalın aparıcısı olduğu "Həmin Zaur" verilişində qalmaqallı hadisə baş verib. Belə ki, teleaparıcı əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovub.

 

Bu olay əksər izləyicilərin etirazına səbəb olub. Bildirilir ki, Zaur Kamalın qonağa qarşı davranışı etikadan kənar olduğundan, ARB telekanalı onunla bağlı cəza tədbiri görməlidir. 

 

Efirdə baş verən hadisə ilə bağlı Modern.az saytına açıqlama verən ARB telekanalının mətbuat katibi  Mail Əsgərov  məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. 

 

"Araşdırmaların yekunu olaraq hansı tədbirin görülüb-görülməməsi ilə bağlı qərar veriləcək. Bir tərəfin mövqeyini dərc etmək düzgün deyil. Bu səbəbdən araşdırılmalar aparılıb, təfsilatlar üzə çıxarılacaq. Son məlumat isə  mətbuata çatdırılacaq", - deyə mətbuat katibi vurğulayıb.