İyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlu xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib.
Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi Prokurorluqda istintaq aparılır.