Rus ordusu Odessanı vurdu - Yaşayış binaları dağıdılıb
- Tarix: 01-iyul-2022, 12:17 - Bölmə: Manşet - Baxış sayı: 46

Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket zərbələri endirib.

Ukrayna mediasında verilən  xəbərə görə, ölkənin Fövqəladə Hallar Dövlət Xidməti raket zərbələrindən birinin doqquzmərtəbəli binaya endirildiyini bəyan edib.

Məlumata görə, nəticədə 14 nəfər ölüb, üçü uşaq olmaqla daha 30 nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfəri xilas edib.

Məlumata görə, ikinci raket gecə saatlarında Belqorod-Dnestrovsk rayonunda yerləşən istirahət evinə düşüb. Bu zaman biri uşaq olmaqla üç nəfər həlak olub, daha bir nəfər isə yaralanıb //mia.az


 
 


Oxşar xəbərlər