Şəfəqə Doğru » Manşet » Tamadanı toyda bıçaqlayıblar

Tamadanı toyda bıçaqlayıblar

Tamadanı toyda bıçaqlayıblar

Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb.

 

"Qafqazinfo”ya istinadən yayılan xəbərə görə, hadisə bir neçə saat öncə "Altun” restoranında baş verib.

 

Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

 

Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.