Şəfəqə Doğru » Manşet » ERMƏNİLƏR YENƏ KƏLBƏCƏRDƏKİ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTDU: "Qarşı tərəf susdurulub"

ERMƏNİLƏR YENƏ KƏLBƏCƏRDƏKİ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTDU: "Qarşı tərəf susdurulub"

ERMƏNİLƏR YENƏ KƏLBƏCƏRDƏKİ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTDU: "Qarşı tərəf susdurulub"

İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Shafaqadogru.com  Müdafiə Nazirliyinə istinadla bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.