Avropa İttifaqı 2022-ci il fevralın 24-dən Ukraynada keçirilən hərbi əməliyyat nəticəsində sanksiyalara məruz qalan rusiyalı milyarderlərin, fiziki və hüquqi şəxslərin 13,8 milyard avro məbləğində aktivlərini dondurub.
Shafaqadogru.com bildirir ki, bu barədə Aİ komissarı Didye Reynders məlumat verib.
Onun sözlərinə görə, dondurulmuş aktivlərin əksəriyyəti (12 milyard avrodan çox) Aİ-nin yalnız beş ölkəsinin payına düşüb.
Avropa rəsmisi həmin ölkələrin adını çəkməyib.