Şəfəqə Doğru » Manşet » Putin nüvə silahını işə sala bilər - Ukrayna bu ərazini vursa...

Putin nüvə silahını işə sala bilər - Ukrayna bu ərazini vursa...

Putin nüvə silahını işə sala bilər - Ukrayna bu ərazini vursa...

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti işğal altında olan Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinə əks-hücumunun qarşısını almaq üçün nüvə silahından istifadə edə bilər.

Teleqraf.com xəbər verir ki, bu iddia Amerika Müharibənin Araşdırmalarınstitutunun (ISW) analitikləri tərəfindən irəli sürülüb.

"İşğal olunmuş ərazilərin ilhaqından sonra Putin birbaşa və ya dolayısı ilə bəyan edə bilər ki, Rusiya Federasiyasının ərazisini müdafiə etmək üçün nüvə silahından istifadəyə icazə verən Rusiya doktrinasını işə sala bilər" , - ISW qeyd edib.

Ekspertlərin fikrincə, Kremlin bu cür hərəkətləri Ukraynanın Rusiya tərəfindən işğal edilən əraziləri azad etmək üçün əks-hücumunun davam edəcəyi təqdirdə Kiyev və tərəfdaşlarını nüvə hücumu ilə hədələməyə hesablanır.

"Putin hesab edə bilər ki, nüvə silahı təhlükəsi və ya ondan istifadə Rusiyanın çəkindiriciliyini bərpa edəcək. Bu halda Ukrayna və onun Qərb tərəfdaşları Kreml işğal olunmuş əraziləri ilhaq etməzdən əvvəl əks-hücum əməliyyatı keçirmək üçün xeyli qısa müddətə malik olacaqlar”, - deyə analitiklər xəbərdarlıq edirlər.

Bundan əvvəl Ağ Ev bəyan edib ki, Rusiya Federasiyası Ukraynaya genişmiqyaslı müdaxilə zamanı işğal olunmuş Ukrayna ərazilərini ilhaq etməyi planlaşdırır.