Şəfəqə Doğru » Manşet » "S&P" manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırır

"S&P" manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırır

"S&P" manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırır
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müntəzəm müdaxilələri ilə manatın ABŞ dolları qarşısnda məzənnəsi bir dollar üçün 1,7 manat səviyyəsində sabit qalacaq.
 
Bu barədə "S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin "BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.
 
"Ancaq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı səviyyələrdə qalsa, hökumət məzənnəyə düzəlişlər etməyi düşünə bilər. Bu, Mərkəzi Bankın 2015-ci ildə yaşadığına bənzər valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə itirilməsinin qarşısını almağa kömək edəcək”, - "S&P” bildirib.
 
Agentlik "Brent" markalı neftin bu il orta hesabla 102 ABŞ dolları/barel, 2023-cü ildə 85 ABŞ dolları və 2024-2025-ci illərdə isə orta hesabla 55 ABŞ dolları/barel səviyyəsində olacağını gözləyir.
 
Bununla bağlı olaraq, agentlik 2026-cı ilə qədər manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1,7 manat səviyyəsində qalacağını proqnozlaşdırır.