Ukraynada Rusiyaya məxsus daha bir hərbi təyyarə vurulub.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Düşmənin daha bir Su-25 təyyarəsi 25-ci hava-desant briqadasının havadan müdafiə dəstəsinin sayəsində məhv edildi!
Paraşütçülər işğalçıları əzməyə davam edəcəklərini vəd edirlər!”, – deyə Baş Qərargahın paylaşımında deyilir.