"Bioloji fərqlər cinslər arasında bərabərsizliyin gerçək səbəbidir..."
"Qalxanabənzər vəzi və öd kisəsi xərçəngi qadınlar arasında daha yüksəkdir..."
"Kişi cinsiyyət hormonu olan testosteron dəri, prostat vəz və qara ciyər xərçəngi ehtimalını artırır..."
"Kişilər tibbi yardım üçün daha az müraciət etdiyindən xəstəliyi erkən mərhələdə aşkar etməyə imkan vermir..."
Kişilərin daxili bioloji fərqlərinə görə xərçəng xəstəliyinə tutulmaq riski daha yüksəkdir. Zərərli vərdişlər bu məsələdə ikinci plana keçir.
Shafaqadogru.com xəbər verir ki, bu barədə ABŞ Milli xərçəng instutunun yeni tədqiqatında deyilir. Bu barədə Britaniyanın "Daily Mail" qəzeti məlumat verib.
"Məlumdur ki, kişilər qadınlara nisbətən daha çox spirtli içki qəbul edir və siqaret çəkir. Lakin bu, onlarda xərçəngin inkişaf riskinin yüksək olmasının səbəbi deyil.
Alimlərin iri tədqiqatı göstərib ki, bioloji fərqlər cinslər arasında bərabərsizliyin gerçək səbəbidir", - nəşr yazır.
Adıçəkilən tədqiqatda orta və böyük yaşlı (51-71 yaş) 300 000 amerikalı iştirak edib. Onların tibbi kartları 15 il ərzində tədqiqatçıların sərəncamında olub.
O cümlədən, alimlər xərçəngin müxtəlif növlərinin 171 274 kişi və 122 826 qadın arasında 1995-2011-ci illərdə yayılmasını öyrənib.
"CANSER" jurnalında dərc edilənır nəticələr göstərib ki, kişilərdə 17 951 halda onkoloji xəstəlik aşkar edilib, qadınlarda isə yalnız 8742 hal qeydə alınıb.
Bu zaman qalxanabənzər vəzin və öd kisəsi xərçənginin göstəriciləri qadınlar arasında daha yüksək olub, lakin xərçəngin digər növlərinin yayılması kişilərdə daha yüksək olub.
Tədquqatçılar cinsdən asılı olan, məsələn, uşaqlığın və ya prostat vəzinin xərçəngini nəzərə almayıb.
Tədqiqatçılar aşkar edib ki, kişilər qida borusu xərçəngi ilə 11 dəfə, mədə və ya boğaz xərçəngi ilə 4 dəfə tez xəstələnib. Həmçinin onlarda sidik kisəsinin xərçəngi ehtimalı 3 dəfə çox olub.
Tədqiqatçılar güman edib ki, genlərdə, hormonlarda və immun sistemdəki fərqlər mühüm rol oynayır. Onlar aşkar edib ki, kişi cinsiyyət hormonu olan testosteron dəri, prostat vəzi və qara ciyər xərçəngi ehtimalını artırır, bədxassəli hüceyrələrin inkişafına kömək edir.
"Bu, onu göstərir ki, onkoloji xəstəliyə meyllik kişilər və qadınlar arasında daxili bioloji fərqlərlə əlaqədardır", - bunu aparıcı tədqiqatçı, doktor və epidemioloq Sara Cekson deyib.
Sonrakı təhlil göstərib ki, kişilər əvvəlkitək digər risk amillərini-siqaret çəkməni, alkoqol qəbulunu və qida kanserogenlərinin təsirini nəzərə alsaq, ümumilikdə, xərçəngin inkişafına meyllidir.
Tədqiqatçılar həmçinin qeyd edib ki, kişilər tibbi yardım üçün daha az hallarda müraciət edir, bu da xəstəliyi erkən mərhələdə aşkar etməyə imkan vermir.