Şəfəqə Doğru » Manşet » 5 saylı şəhər xəstəxanasında Tibbi sığortanın təşkili bərbad vəziyyətdədir, yenə həkimə rüşvət, yenə “üstü bəzək, altı təzək…”/PROBLEM

5 saylı şəhər xəstəxanasında Tibbi sığortanın təşkili bərbad vəziyyətdədir, yenə həkimə rüşvət, yenə “üstü bəzək, altı təzək…”/PROBLEM

5 saylı şəhər xəstəxanasında Tibbi sığortanın təşkili bərbad vəziyyətdədir, yenə həkimə rüşvət, yenə “üstü bəzək, altı təzək…”/PROBLEM

Azərbaycana xaricdən gələn bütün gözəl ideyalar və təşəbbüslər bir ilin içində zay olur. Çünki fəaliyyət yarıtmaz olur, rüşvətə bulaşır, "üstü bəzək, altı təzək” siyasəti yürüdülür, "Köhnə hamam, köhnə tas” davam edir. Əgər vətəndaş həkimə yenə pul verirsə, xəstəxananın girişində qoyulan qeydiyyat yerində iki nümayəndə formal olaraq pasientlərin ad-soyadını sistemə salıb yola verirsə, bunun harası tibbi sığorta oldu?

Ümumiyyətlə, səhiyyənin pərən-pərən salınması, üç strukturun bacarıqsızlığı vətəndaşları boğaza yığıb: əhali nə Səhiyyə Nazirliyindən, nə TƏBİB-dən, nə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yarıdı. Aztb.info-a daxil olan şikayətdə bildirilir ki, 5 saylı şəhər xəstəxanasına Tibbi icbari sığorta ilə müalicə almaq daxil olmuşam. Tibb bacısı Aygün və Günay xanım məndən pul alıblar.

Bu rüşvət mətbuatda yayımlandıqdan sonra, Aygün və Günay xanım aldıqları pulları geri qaytarıblar.

Bu da açıq aydın onu göstərir ki, yenə də "ALVER” gedir. Al ver gülüm

"Köhnə hamam, köhnə tas” davam edir.