Şəfəqə Doğru » Manşet » Ali məktəblərə ixtisas seçimi başa çatdı

Ali məktəblərə ixtisas seçimi başa çatdı

Ali məktəblərə ixtisas seçimi başa çatdı

Ali təhsil müəssisəslərinə ixtisas seçimi başa çatıb.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

İlkin məlumata görə, ümumilikdə 66744 ərizə təqdim edilib.

 

I qrup üzrə 22331, II qrup üzrə 14642, III qrup üzrə 17692, IV qrup üzrə 5237, V qrup üzrə isə 10527 nəfər ixtisas seçimi ərizəsi qeydə alınıb.

 

İxtisas seçimi 28 avqust 23:59-da başa çatmalı olsa da, müddət bu gün 09:00-dək uzadılmışdı. Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçiminə start veriləcək.