Şəfəqə Doğru » Manşet » Türkiyə boğazlardan keçid qiymətlərini beşqat artırır

Türkiyə boğazlardan keçid qiymətlərini beşqat artırır

Türkiyə boğazlardan keçid qiymətlərini beşqat artırır
Türkiyə Montrö Konvensiyasının ona verdiyi hüquqlara uyğun olaraq Bosfor və Çanaqqala boğazlarından keçidin qiymətini beş dəfə artıracaq.
 
"2022-ci il oktyabrın 7-dən boğazlardan keçidlərdə mayak, təxliyə və tibbi xidmət haqqı beş dəfə artırılacaq, indiki formada 40 milyon dollar olan gəlir isə 200 milyon dollara qədər artacaq. 1936-cı ildə imzalanmış Montrö Müqaviləsi ilə Türkiyə İstanbul boğazından keçən və Çanaqqala boğazına (Dardanel) girib-çıxan gəmilərdən mayak, evakuasiya və tibbi xidmət haqqı almaq hüququna malikdir”.
 
1936-cı ildə qəbul edilən Montrö Konvensiyasına əsasən, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürüb.