Şəfəqə Doğru » Manşet » Ukraynada daha 3 yaşayış məntəqəsi ruslardan TƏMİZLƏNDİ

Ukraynada daha 3 yaşayış məntəqəsi ruslardan TƏMİZLƏNDİ

Ukraynada daha 3 yaşayış məntəqəsi ruslardan TƏMİZLƏNDİ

Ukrayna ordusu daha üç yaşayış məntəqəsini işğaldan azad edib.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib.

 

Məlumata görə, cənubda iki, şərqdə bir yaşayış məntəqəsi ruslardan təmizlənib.

 

O, konkret hansı kəndlərin azad edildiyini deməyib. Zelenski bildirib ki, bazar günü keçirilən görüşdə hərbi komandirlər və kəşfiyyat rəhbərindən “yaxşı xəbərlər” alıb.

 

Zelenski Donetsk vilayətinin şərqindəki yaşayış məntəqəsinin azad edilməsinə, Lisiçansk-Siversk istiqamətində “müəyyən yüksəkliklərin” alınmasına və iki cənub yaşayış məntəqəsinin azad edilməsinə görə Ukrayna ordusuna təşəkkür edib.

 

Qeyd edək ki, Ukrayna prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko "Facebook" səhifəsində Xersonda bayraq qaldıran hərbçinin fotosunu yayımlayıb. O, fotonun Vısokopillya kəndində çəkildiyini bildirib.