Şəfəqə Doğru » Manşet » Rusiya liderindən Ərdoğana taxıl TƏLƏBİ

Rusiya liderindən Ərdoğana taxıl TƏLƏBİ

Rusiya liderindən Ərdoğana taxıl TƏLƏBİ

Rusiya Prezidenti Vladimir Putin Ukraynadan Avropaya taxıl ixracını məhdudlaşdırmaq barədə düşünməyi təklif edəcək.

 

Shafaqadogru.com  xəbər verir ki, Vladimir Putin bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyini bildirib.

 

"Bəlkə, bu marşrutla taxıl və digər ərzaq məhsullarının ixracını məhdudlaşdırmaq barədə düşünməliyik. Mən bu mövzuda Türkiyə Prezidenti Ərdoğanla mütləq məsləhətləşəcəm. Ukrayna taxılının ixracı mexanizmini işləyib hazırlayan bizik”, - Prezident bildirib.