Şəfəqə Doğru » Manşet » Həkimlər ölmüş bilinən pasientin orqanlarını vermək istəyərkən kişi ayılıb...

Həkimlər ölmüş bilinən pasientin orqanlarını vermək istəyərkən kişi ayılıb...

Həkimlər ölmüş bilinən pasientin orqanlarını vermək istəyərkən kişi ayılıb...
"Ölmüş hesab edilən kişi uşaqlarının videosu qoşulanda ayaqlarını tərpədib..."
 


Ads by
0
Reklamınızı SmartBee ilə effekt



"Həkimlər səhvə yol verib, mənim ərim vəfat etməyib..."


 
37 yaşlı amerikalı Rayan Marlou listeriya bakteriyalarına yoluxub, bu da beyin şişinə səbəb olub.
 
İnfeksiya pasientin vəziyyətini pisləşdirib və həkimlər onun öldüyü qənaətinə gəlib.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə "Rambler.ru" saytı yazıb.
 
"Nevroloji ölüm"dən sonra kişinin qohumları onun orqanlarını donorluğa verilməsinə razılaşıb.
 
Kişi süni tənəffüs aparatına qoşulu vəziyyətdə saxlanılıb ki, onun ağ ciyərləri, ürəyi və qara ciyərinə uyğun gələnlər seçilsin.
 
Alıcılar tapılandan sonra qohumları onunla vidalaşmağa gəlib.
 
Lakin kişi qəflətən ayaqlarını tərpədib. Rayan onun uşaqlarının videosu qoşulanda ayaqlarını hərəkət etdirib.
 
Orqanların çıxarılması üzrə mütəxəssislər briqadası qapı arxasında gözləyib, lakin qohumları "bütün bunlara son qoymağı" tələb edib.
 
"Nadir hal olduğuna görə həkimlər ekspertlər qrupu çağırıb, onlar müəyyən edib ki, səhvə yol verilib və mənim ərim əslində vəfat etməyib", - sonradan pasientin həyat yoldaşı danışıb.
 
Kişi hər halda beyin kötüyünün kəllə-beyin travmasını keçirib və kritik vəziyyətdə dərin komadadır.
 
Onun beyni hələ də sağdır, sonradan tezləşmış ürək döyüntüləri və əzələ hərəkəti əlamətləri müşahidə edilib.