Şəfəqə Doğru » Manşet » "Ukraynadakı hərbi əməliyyatlar birbaşa Ermənistan və Qarabağa təsir edəcək" - Erməni deputat

"Ukraynadakı hərbi əməliyyatlar birbaşa Ermənistan və Qarabağa təsir edəcək" - Erməni deputat

"Ukraynadakı hərbi əməliyyatlar birbaşa Ermənistan və Qarabağa təsir edəcək" - Erməni deputat

"Ukraynadakı hərbi əməliyyatlar birbaşa Ermənistan və Qarabağa təsir edəcək”.

Bunu “Ermənistan” parlament fraksiyasından deputat Andranik Tevanyan öz "Facebook" səhifəsində yazıb.

“Ukraynadakı hərbi əməliyyatlar birbaşa Ermənistan və Qarabağa təsir edəcək.

Azərbaycan və Türkiyə Ukrayna hadisələrini diqqətlə izləyir və hücuma hazırlaşırlar. Hansı istiqamətdə deməyə ehtiyac var..?

Bəs Ermənistanda nə edirlər? Ermənistanda daha çox faciəvi qeyri-ciddilik, cinayətkar hərəkətsizlik və qeyri-adekvatlıq hökm sürür”, – deyə Tevanyan bildirib.