Şəfəqə Doğru » Manşet » Şəhid Yunis Kazımov Qazaxda torpağa tapşırıldı

Şəhid Yunis Kazımov Qazaxda torpağa tapşırıldı

Şəhid Yunis Kazımov Qazaxda torpağa tapşırıldı

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olan Kazımov Yunis Qasım oğlu dəfn olunub.

Mediaxeberleri.az-ın məlumatına görə, Qazax rayon Kəmərli kənd sakini, 1993-cü il təvəllüd, XTQ zabiti Yunis Qasım oğlu Kazımovla Qazax rayon Kəmərli kəndində ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Sonra şəhid Kəmərli kənd Qəbiristanlığında dəfn olunub.