Şəfəqə Doğru » Manşet » Tovuz rayon 10 saylı Regional İmtahan Qeydiyat Texniki Baxış (“MERO”) Şöbəsində rüşvətxorluq tüğyan edir.

Tovuz rayon 10 saylı Regional İmtahan Qeydiyat Texniki Baxış (“MERO”) Şöbəsində rüşvətxorluq tüğyan edir.

Tovuz rayon 10 saylı Regional İmtahan Qeydiyat Texniki Baxış (“MERO”) Şöbəsində                                                 rüşvətxorluq tüğyan edir.

 


  

 

 Şöbənin rəisi Vüqar Orucov Üzündən əvvəliki  rəis Xəqani əsgərova rəhmət oxudur. O,zamanlar hər kəs düşünürdü ki, X.Əsgərovun arxasında dayısı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general -mayoru Ramiz Zeynalov  durduguna görə ,rüşvətxorluq edirdi.Amma, indi hamı deyir onun atasına rəhmət :- Heç olmasa Xəqani müəllim sürücülük vəsiqəsini  900-1000 manata satdırırdı.İndi Vüqar Orucov 1300- 1400 manata satdırır.Az –çox texniki baxışda vətəndaşdan rüşvət olaraq,5 -10 manat alınırdı.Amma ,indi  aftomobilləri texniki baxışdan keçirərkən, vətəndaşların  başına   min cür bəhanələrlə oyun açaraq, iki  qat pul alıb texniki baxışdan keçirildiyi haqda sənəd verirlər.Bir neçə gün bundan öncə mənim özümün aftamobilimi  texniki baxışdan keçirmək üçün,adı çəkilən idarəyə getməli oldum .Həmin aftomobilimi texniki baxışdan keçirərkən,aftomobilimə bir –iki defekt qeyd etdilər.(hələ   jurnalist olduğumu bilmirdilər.)Şöbədə oturan baş serijant  (makinaçı  - qeydiyat aparan )adını Sabutay kimi təqdim etdi. Lakin,sonradan  öyrəndimki ,adı Ruhindir.həmin adam mənə - Ağsaqqal  bir –iki çatışmamazlıq var neyniyək? –deyə sual etdi.Mən isə , dedim bilmirəm yəni texniki baxışdan keçəsi deyilmi ? deyə soruşdum.keçirərik amma bir  az xərci var dedi.Nə qədər deyə sordum.Həmişə nə qədər verirdiz deyə sualıma sualla cavab verdi. Dedim öz qiyməti nə qədərdir? O isə,29 manat 60 qəpik deyə, cavab verdi.Mən özümü təqdim etmək məcburiyətində qaldım .O zaman rəisin orda olmadığını bildiyindən mənə gözləyin  Cabir müəllim gəlsin dedi. Yarım saat gözlədim Cabir müəlimin gəlmədiyini görüb əsəbi halda məndən sonrakı vətəndaşlarında başına gələnləri çəkməyə başladım.Bu işdən xeyir gəlmiyəcəyini görən ,adını Sabutay kimi , təqdim edən Ruhin  məni çağıraraq ,Ağsaqqal gəl sənədi verim get pulunu keçir .Mən sual etdim ki , digər vətəndaşlar kimi , məndə burda keçirsəm olmazmı ?Axı siz burda pul qəbul edirsiniz . O ,isə xeyr siz gedib bankda keçirməlisiniz  vəsallam deyərək ,sənədi mənə verdi. Şəhəri yaxşı tanımadığımnan xeyli axtardıqdan  sonra nəhayət ki, Kapital bankı tapdım ödədim.O ,gün Vüqar Orucov yerində olmadığından   bir necə gün sonra mən suallarımı ünvanlamaq üçün , onun qəbuluna gəldim . Cox mübahisədən sonra Vüqar müəllimin qapısında  oturan oğlan mənə rəisin 3 –cü kabinəyə geetsin orda qəbul edəcəklər dedi.Mən israrla işim özüylədir dedim və yenədə eyni cavabı aldım.Nəhayət maraq hissiylə 3-cü kabinəyə endim .Natiq adında bir serijant məni qarşılayıb mənə 10 manat   uzatdı .Mən  ,bu nədir deyə sordum .Natiq isə mənə yuxarıdan belə dedilər dedi.Bu hamıyamı aitdir deyə soruşdum .Yox .Yalnız jurnalistlərə  aitdir deyə cavab verdi.Mən siz burda xəzinadarmı işləyirsiz deyə soruşdum .Oisə , yenə mənə belə deyiblər agsaqqal  deyərək etdiyindən peşman olmuş kimi, geri çəkilərək ,arxa otağa keçdi.

 Bax belə əziz oxucularım  !

Tovuz” MERO”-əsl  rüşvətxorluq yuvasına  çevrilib .Bu regionun əhalisi Hələ Xəqani müəllimi çox axtaracaq.

Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.

                                                                                                                            Neymət Novruzlu.