Şəfəqə Doğru » Manşet » QARABAĞSONUN BAŞLANĞICI – Xankəndindəki separatçılar qüvvələri birləşdirir

QARABAĞSONUN BAŞLANĞICI – Xankəndindəki separatçılar qüvvələri birləşdirir

QARABAĞSONUN BAŞLANĞICI – Xankəndindəki separatçılar qüvvələri birləşdirir

Xankəndində qalan separatçı-terrorçu rejim mövcudluğunu qorumaq məqsədilə bütün qüvvələri birləşdirir.

Shafaqadogru.com Alp.az -a isdinadən xəbər verir ki, baş separatçı Araik Arutyunyan qondarma “prezident yanında siyasi şura” yaratmaq istədiklərini elan edib.

Ermənistan mediasının məlumatına görə, bu “siyasi şuraya” separatçı rejimin əvvəlki “rəhbərləri” – Bako Saakyan, Arkadi Quqasyan, eləcə də “müxalifət” adı altında fəaliyyət göstərən qondarma “patiyaların” nümayəndələri daxil olacaq.

Separatçı rejimin bu addımının bir neçə səbəbi var.

Birincisi, onların mövcudluğu sual altındadır: Azərbaycan heç bir “status” verməyəcəyini elan edib, lakin son proseslər, sərhəddə yaşananlar, eləcə də Cənubi Qafqaz üzərində geosiyasi mübarizə Xankəndindəki terrorçu rejimin ləğvi perspektivini daha da yaxınlaşdırır; bu vəziyyətdə separatçılar bütün qüvvələri birləşdirmək gedişi etməklə gələcək mövcudluqlarını saxlamaq üçün nəsə etməyə çalışır;

İkincisi, Araik Arutyunyan məsuliyyəti paylaşmaq niyyətindədir: separatçı rejimin ləğvi prosesində əsas günahkar kimi onu göstərəcəklərini anlayan Araik keçmiş “qlavarlar” və “müxalifət” də daxil olmaqla məsuliyyəti məhz onlarla bölüşməyi planlayır.

Asif