Şəfəqə Doğru » Manşet » Şuşaya ilk olaraq bu şəxslər köçürüləcək

Şuşaya ilk olaraq bu şəxslər köçürüləcək

Şuşaya ilk olaraq bu şəxslər köçürüləcək

“Artıq Şuşada yaşayış binasının tikintisinə başlanılıb. Prezidentin xüsusi nümayəndəsi bu işlərlə məşğuldur”.

Shafaqadogru .com xəbər verir ki, bunu APA-ya açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Bayram Səfərov deyib.

O bildirib ki, burada əhali ilə Şuşa Rayon İcra Hakimiyyəti işləyir.

“Yəqin ki, ilk olaraq qəzalı binalarda yaşayan sakinlər Şuşaya köçürüləcək”, – icra başçısı qeyd edib.

O, Şuşa RİH-in binasının Şuşaya nə zaman köçürülməsi məsələsinə də münasibət bildirib. Bayram Səfərov qeyd edib ki, nə zaman göstəriş verilsə, RİH-in binası o zaman Şuşaya köçürüləcək.