Bu gün Qırğızıstanda MDB dövlət başçıları şurasının 25-ci iclası baş tutacaq.
Shafaqadogru. com xəbər verir ki, tədbirlə əlaqədar Qırğızıstan Daxili İşlər Nazirliyi Bişkekdə təhlükəsizlik tədbirlərini gücləndirib. Şəhərdə ictimai asayişə nəzarət olunması üçün 3 min polis əməkdaşı cəlb edilib.
Dövlət başçılarının görüşü günün ikinci yarısında "Ala-Arça” iqamətgahında keçiriləcək. Görüşdə Azərbaycan, Rusiya, Ermənistan, Qazaxıstan, Belarus və Tacikistan prezidentləri iştirak edəcək. Moldova tədbirə baş nazirini, Türkmənistan isə Nazirlər Kabinetinin sədr müavinini göndərəcək. Ukraynanı iclasda Qırğızıstandakı səfiri təmsil edəcək.
İlham Əliyevin qatıldığı tədbiri 3 min polis qoruyur
16-09-2016, 12:45 860