Çexiya, Estoniya, Latviya, Litva, Şimali Makedoniya, Monteneqro, Polşa, Rumıniya və Slovakiya prezidentləri Ukrayna ərazilərinin Rusiyaya tərəfindən ilhaqı ilə bağlı müraciət yayıblar.
Bəyanat Polşa prezidentinin saytında dərc olunub.
9 ölkənin prezidenti 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində qəbul edilən Ukraynanın təşkilata üzvlüyü ilə bağlı qərarı xatırladıb. Prezidentlər Ukraynanın təşkilata üzvlüyünü dəstəkləyiblər.
Qeyd edək ki, sentyabrın 30-da Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəni imzalayıb.