Şəfəqə Doğru » Manşet » Rusiya Müdafiə Nazirliyi Qarabağdakı vəziyyət barədə məlumat YAYDI

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı vəziyyət barədə məlumat YAYDI

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı vəziyyət barədə məlumat YAYDI

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb.
 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Qarabağ münaqişəsi zonasındakı sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı məlumat bülletenində deyilir.
 

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir pozuntu qeydə alınmayıb”, - məlumatda deyilir.


Bildirilir ki, Ağdərə və Laçın yolunda iki marşrut xətti üzrə patrul xidməti həyata keçirilir.


Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkam dəstələrinin ərazinin minalardan təmizlənməsini davam etdirdiyi də qeyd olunur.
 

Ümumilikdə, 2020-ci il noyabrın 23-dən Rusiya istehkamçıları tərəfindən 2468,7 hektar ərazi, 689,5 km yol, 1940 bina partlamamış mina və mərmilərdən təmizlənib, 26670 partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib.
 

“Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, - məlumatda deyilir.