Şəfəqə Doğru » Manşet » Sərhəddə kürü əməliyyatı – Ermənilər saxlanıldı

Sərhəddə kürü əməliyyatı – Ermənilər saxlanıldı

Sərhəddə kürü əməliyyatı – Ermənilər saxlanıldı

Gürcüstan sərhədçiləri 12 kiloqrama yaxın qızıl-zinət əşyalarının və 200 kiloqram qırmızı kürünün ölkəyə qanunsuz yolla gətirilməsinin qarşısını alıb.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Bildirilib ki, Livan vətəndaşı Batumi hava limanında saxlanılıb, ondan sərhədi qanunsuz olaraq keçirmək istədiyi 11 kiloqram qızıl, gümüş və mirvaridən hazırlanmış zinət əşyaları götürülüb.

Gürcüstan sərhədçiləri daha bir qızıl qaçaqmalçısını Ermənistanla sərhəddə saxlayıblar. Ondan gömrük nəzarətindən gizlədilmiş 217 qram qızıl əşyalar götürülüb.

Digər Ermənistan vətəndaşı isə Gürcüstana qırmızı kürü gətirərkən saxlanılıb.

Gürcüstanın fitosanitar və baytarlıq xidmətinin əməkdaşları “Sadaxlo” sərhəd keçid məntəqəsində qanunsuz yolla və xarab olmuş 200 kiloqram qırmızı kürünün ölkəyə gətirilməsinin qarşısını alıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.