Şəfəqə Doğru » Manşet » Ermənistanda bütün çağırışçılar 25 günlük məcburi təlimə cəlb olunur

Ermənistanda bütün çağırışçılar 25 günlük məcburi təlimə cəlb olunur

Ermənistanda bütün çağırışçılar 25 günlük məcburi təlimə cəlb olunur

Ermənistanda bütün çağırışçı vətəndaşlar üçün 25 günlük məcburi hərbi təlim tətbiq ediləcək.
Shafaqadogru.com yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bu gün - oktyabrın 13-də keçirilən iclasında müdafiə naziri Suren Papikyan bildirib.
“Həmin 25 günün 21-i faktiki xidmət, qalanı isə təşkilati hissənin təmin edilməsi üçündür. Vətəndaş 7 gün təlim keçir, 14 gün döyüş vəzifəsini yerinə yetirir. Çağırışı tezliklə elan edəcəyik. Qarşıdan gələn toplantılar 25 gün davam edəcək, daha üç aylıq toplantılar keçirməyəcəyik. Amma bu, Ermənistanın bütün çağırışıçı vətəndaşları üçün məcburidir”, - deyə nazir bildirib.