Şəfəqə Doğru » Manşet » Ermənistan hərbi büdcəni 1 milyarda çatdırır - Düşmən yeni müharibəyə hazırlaşır - VİDEO

Ermənistan hərbi büdcəni 1 milyarda çatdırır - Düşmən yeni müharibəyə hazırlaşır - VİDEO

Ermənistan hərbi büdcəni 1 milyarda çatdırır - Düşmən yeni müharibəyə hazırlaşır - VİDEO

Növbəti maliyyə ilində Ermənistanın hərbi büdcəsi 47% artaraq, 1 milyard dollara çatacaq....


Shafaqadogru.com  xəbər verir ki, siyasi ekspertlər deyirlər ki, Ermənistanın hərbi büdcəni birdən-birə 47% artırmasının arxasında başqa məqsədlər durur.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunu Ermənistanın müharibə aparmaq istəyindən əl çəkməməsilə əlqələndirib.

“Baş nazir Nikol Paşinyan Praqa danışıqlarına getməzdən əvvəl - sentyabrda ölkənin gələn il üçün büdcəsini təsdiqləyib.

Düşünürəm ki, erməni siyasi elitasının gələcəkdə nə etməyi planlaşdırdığını bilmək üçün bu fakt kifayətdir”, - T.Zülfüqarov deyib.

Ermənistan Civilnet Araşdırmalar Mərkəzinin məlumatına görə, əgər 2022-ci ildə işğalçı ölkənin hərbi büdcəsi 340,6 milyard dram təşkil edirdisə, 2023-cü ildə bunun 501,3 milyard dramadək artırılması planlaşdırılıb. (Hazırkı məzənnə ilə 405 dram=1 dollar).

"2023-cü ildə Ermənistanın hərbi büdcəsi təxminən 1,24 milyard dollar təşkil edəcək", - məlumatda bildirilib.


Mərkəz qeyd edir ki, bu, 1995-ci ildən bəri Ermənistanın hərbi büdcəsində ən ciddi artım olub.

Araşdırmalar Mərkəzi Azərbaycan və Ermənistanın hərbi büdcələrindəki tendensiyaları təhlil edərək videoxülassə hazırlayıb.

Modern.az həmin videonu təqdim edir: