Şəfəqə Doğru » Manşet » "Putin sağdırmı? Bunu yalnız Rusiyada hakimiyyət transferindən sonra biləcəyik..."

"Putin sağdırmı? Bunu yalnız Rusiyada hakimiyyət transferindən sonra biləcəyik..."

"Putin sağdırmı? Bunu yalnız Rusiyada hakimiyyət transferindən sonra biləcəyik..."
Rusiya prezidenti Vladimir Putinin taleyi haqqında dəqiq danışmaq üçün Rusiya Federasiyasında hakimiyyətin dəyişməsini gözləmək lazımdır.
 
Moderator.az xəbər verir ki, bu maraqlı fikri Ukrayna Müdafiə Nazirliyinin (MN BKİ) Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kirill Budanov “Obozrevatel” nəşrinin oktyabrın 18-də dərc etdiyi “Orestokratiya” layihəsinə müsahibəsində ifadə edib.
 
"İndi Putin sağdırmı? Bu, ... indi tam cavab verməyəcəyim sualdır. Gəlin,  Rusiya Federasiyasına hakimiyyətin digərinə təhvil veriləcəyi anı gözləyək. Bəlkə də yalnız bundan sonra həqiqəti öyrənə biləcəyik: əgər o ölübsə, nə vaxt ölüb və hələ də sağdırsa, onun onun həyatın sonu necə olacaq" , - deyə  Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi bildirib.
 
Eyni zamanda o, Putinin “yazda səhhətində ciddi problemlər olduğunu” təsdiqləyib.
 
Budanov əvvəllər prezidentin bir neçə oxşarının mövcudluğunu və insanların Rusiya lideri kimi qəbul etdiklərinin əslində "kollektiv Putin" olduğunu irəli sürmüşdü. Ukrayna hərbi kəşfiyyatının rəhbəri demişdi: “Bu gün şərti Putin rolunu kimin oynaması tamamilə açıq sualdır”.
 
Sultan Laçın