Şəfəqə Doğru » Manşet » Ukraynada müharibədə daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada müharibədə daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada müharibədə daha bir azərbaycanlı həlak oldu - FOTO

Bu barədə Ukrayna Azərbaycanlılarının Təşəbbüs Qrupunun rəhbəri Yalçın Qəhrəmanoğlu məlumat verib.


O, qeyd edib ki, mərhum 1966-cı ildə anadan olub və bu ilin martından Rusiyaya qarşı müharibədə iştirak edib.


“Vahid Əzim oğlu Əzizov Luqansk cəbhəsindəki döyüşlərdə minaatan hücumları zamanı həlak olub”, - deyə Qəhrəmanoğlu bildirib.


Onun sözlərinə görə, son səkkiz ayda Ukraynanın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi zamanı həlak olan azərbaycanlıların sayı 20 nəfəri ötüb.


Ukraynada müharibədə daha bir azərbaycanlı həlak oldu -